Yuxarı

Azərbaycanda yeniyetmələr üçün ensiklopediya hazırlanıb

Ensiklopediya 10 cilddən ibarət olacaq, ilk beş cilddə insan, təbiət, kosmos və s. sahələri əhatə edən suallara qısa cavablar, məlumatlar veriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ "Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeniyetmlər üçün hazırladığı "Hər suala bir cavab" ensiklopedik toplusunun birinci cildi hazırdır və yaxın günlərdə işıq üzü görəcək".

Bunu "Report"a açıqlamasında mərkəzin Ensiklopedik nəşrlər qrupunun rəhbəri İlqar Əlfi bildirib. 

Onun sözlərinə görə, ensiklopediya 10 cilddən ibarət olacaq. İlk beş cilddə insan, təbiət, kosmos və s. sahələri əhatə edən suallara qısa cavablar, məlumatlar veriləcək.

İ.Əlfi deyib ki, VI cild ayrıca Azərbaycana həsr olunacaq. Digər cildlərdə sırası ilə dünyanın açılmamış sirləri, fəlsəfə, yeniyetmələr üçün davranış qaydaları haqqında məlumatlar yer alacaq.

Qrup rəhbəri bildirib ki, nəşrin elektron variantı rəngli olsa da, ensiklopediya ağ-qara rəngdə nəşr olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi