“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının bölgələrdə təqdimatı olub

“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının bölgələrdə təqdimatı olub Görüşlərdə nəşrin müəllifi Oleq Yuryeviç Kuznetsov da iştirak edir
Elm və təhsil
8 Fevral , 2017 20:46
“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının bölgələrdə təqdimatı olub

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının bölgələrdə və paytaxtdatəqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur.

Fonddan "Report"a verilən məlumata görə, Bilik Fondunun hazırladığı proqrama əsasən,O.Kuznetsovun ilk görüşü Şəmkir Heydər Əliyev Mərkəzində olub. Rusiyalı alim Bilik Evinin təşkilatçılığı ilə ictimaiyyət nümayəndələri – təhsil işçiləri, tarixçilər, rayonun fəal gəncləri ilə görüşüb.

Mərkəzin və Bilik Evinin direktoru, millət vəkili Sona Əliyeva O.Kuznetsovun araşdırmaları barədə məlumat verərək,ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri əhatəli işıqlandırdığına görə müəllifə təşəkkürünü bildirib.

Rusiyalı alim «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabında əksini tapan faktlardan danışaraq, bildirib ki, ermənilər azərbaycanlılarla yanaşı, tarixin müxtəlif dönəmlərindədünyanın başqa xalqlarına qarşı da terror aksiyaları törədiblər.

Rusiyada yaratdıqları “armenian-terrorism.com” saytının fəaliyyətinə diqqət çəkən O.Kuznetsov deyib ki, dünya ictimaiyyəti bu saytın köməyi ilə erməni vəhşiliyindən daha dəqiq xəbərdar olacaq.

Fevralın 7-də Bilik Fondunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində də O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.

Mərasimdə müəlliflə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təhsil və mədəniyyət işçiləri, tarixçilər, şəhərin fəal gəncləri iştirak ediblər.

Növbəti görüş Naftalan şəhərində keçirilib. Naftalan şəhər S.Vurğun adına 2 nomrəli tam orta məktəbdə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri,təhsil işçiləri, tarixçilər, fəal gənclər qatılıblar.

Fevralın 8-də Mingəçevirdə yerli ziyalılarla görüşən O.Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib.

Fevralın 9-da rusiyalı alimi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi