Yuxarı

Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır

Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin yeni modeli hazırlanır

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.

İnstitutdan "Report"a verilən məlumata görə, 2025-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları AMEA-nın Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpellier universitetləridir.

Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.

Elmi-tədqiqat işi ərzində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədi ilə istifadə oluna biləcək.

Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi