Yuxarı

Xarici universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb

Mart ayından etibarən bu fənn daha üç ölkədə tədris olunacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb. Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Artıq bir neçə gündür Azərbaycan multikulturalizmi fənni Litva Pedaqoji Universitetində, Ural Federal Universitetində (Rusiya) və Belarus Dövlət Universitetində tədris edilir.

Fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə - İtaliyanın La Sapienza Universitetində, Çexiyanın Karlov Universitetində və Gürcüstanın Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcək.

Xatırladaq ki, multikulturalizm bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə Azərbaycan respublikası multikulturalizmi özünün dövlət siyasəti elan edib. Ölkədə bu siyasət uğurla həyata keçirilir və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi