Xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına dəyişikliklər edilib

Xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına dəyişikliklər edilib "2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı" hazırlanır
Elm və təhsil
29 Dekabr , 2014 13:08
Xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına dəyişikliklər edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyi tərəfindən "2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı" hazırlanır. Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına bir sıra dəyişikliklər edilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr aşağıdakı kimi həyata keçiriləcək:

- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- Magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay;

- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə - 12 ay.

Son xəbərlər

Orphus sistemi