Vilayət Quliyev Macarıstanın ali məktəblərinə qəbul olunan azərbaycanlı tələbələrlə görüşüb

Vilayət Quliyev Macarıstanın ali məktəblərinə qəbul olunan azərbaycanlı tələbələrlə görüşüb Səfir Azərbaycan-Macarıstan əlaqələri barədə tələbələrə məlumat verib
Elm və təhsil
20 Noyabr , 2015 14:24
Vilayət Quliyev Macarıstanın ali məktəblərinə qəbul olunan azərbaycanlı tələbələrlə görüşüb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu il Macarıstanın müxtəlif ali məktəblərinə qəbul olunan azərbaycanlı tələbələrlə görüşüb. 

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, V.Quliyev əvvəlcə səfirliyin fəaliyyəti, Azərbaycan-Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlər barəsində ətraflı məlumat verib.

Təxminən 60 nəfər tələbə qarşısında çıxış edən səfir iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsi üzrə əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından bəhs edib. İki ölkə arasında strateji əməkdaşlıq sazişinin imzalanmasını böyük uğur adlandıran V.Quliyev sazişin mövcud münasibətləri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Səfir Ermənistanın işğalı altında olan tarixi Azərbaycan şəhərləri - Ağdam və Şuşa ilə Macarıstanın Tisavaşvari və Döndöş şəhərləri arasında qardaşlaşma sazişlərinin imzalanması barəsində tələbələrə məlumat verib və sazişlərin Dağlıq Qarabağ həqiqətlərinin macar ictimaiyyətinə çatdırılmasındakı mühüm rolundan danışıb. 

Sonda tələbələrin təklifləri və problemləri dinlənilib, sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi