Yuxarı

VI və VII sinif şagirdləri arasında fənn müsabiqələri keçiriləcək

VI və VII sinif şagirdləri arasında fənn müsabiqələri keçiriləcək
İlk mərhələndə 14 mindən çox şagirdin iştirakı gözlənilir

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, martın 5-də fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagirdin iştirakı gözlənilir. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin bu ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi