Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb

Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyində tabe qurumların aidiyyəti əməkdaşlarına təlimlər keçirilir
Elm və təhsil
12 Yanvar , 2016 15:49
Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmanın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün vahid qəbul portalı yaradılıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bu portal vasitəsilə Təhsil Nazirliyində və tabeçiliyində olan qurumlarda vətəndaşların qəbula yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə onların məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi mümkündür.

Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyində tabe qurumların aidiyyəti əməkdaşlarına təlimlər keçirilir. Təlimlərdə şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin), eyni zamanda ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin vətəndaş müraciətlərinə baxılması üzrə məsul şəxslər iştirak edirlər. Bir həftə davam edəcək təlimlərdən sonra portal tam fəaliyyətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi