Vergilər Nazirliyi: Azərbaycanda təhsilin səviyyəsi ürəkaçan deyil

Vergilər Nazirliyi: Azərbaycanda təhsilin səviyyəsi ürəkaçan deyil İmtahanda iştirak edən 1 800 nəfərdən yalnız ikisi işə qəbul olunub
Elm və təhsil
18 Aprel , 2017 12:42
Vergilər Nazirliyi: Azərbaycanda təhsilin səviyyəsi ürəkaçan deyil
Report

Bakı. 18 aprel. REPORT.AZ/ "Bəzi fikirlər səslənir ki, 700 balla universitetə qəbul olunan şəxslər işsiz qalıb. Belə yanaşma doğru deyil".

"Report" xəbər verir ki, bunu "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkil etdiyi "Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması" adlı konfransda çıxış edən Vergilər Nazirliyi İnsan resursları Departamentinin nümayəndəsi Akif Osmanov deyib.

A.Osmanovun sözlərinə görə, Azərbaycanda təhsilin səviyyəsi ürəkaçan deyil: "Bir müddət əvvəl biz Dövlət İmtahan Mərkəzi ilə birlikdə işəqəbul üzrə imtahan keçirdik. İmtahanda 1 800 nəfər iştirak edirdi. Onlardan yalnız ikisi işə qəbul olunub. Bu, birincisi, prosesin necə şəffaf keçirildiyini göstərir. İkincisini isə siz yaxşı görə bilirsiz. Yəqin görürsünüz ki, təhsil sistemi hansı səviyyədədir".

Son xəbərlər

Orphus sistemi