Yuxarı
    Bağlamaq

    Vəkilliyə qəbul üçün test imtahanı keçiriləcək

    Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 28-də vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriləcək.

    Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 23) və Azərbaycan Memarlıq və İnşaat Universitetində (Ünvan: Bakı şəhəri Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında) təşkil olunacaq.

    “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na əsasən, imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Hər sual 1 balla qiymətləndirilir.Səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərmir.

    Test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə - şifahi müsahibəyə buraxılacaqlar. 

    Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda Məntiqə dair suallardan istifadə olunmayacaq.

    Qeyd edək ki, imtahana buraxılış vərəqələrini növbəti həftənin ilk günlərindən etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olmaqla yükləmək mümkün olacaq. İmtahanın vaxtı barədə əlavə məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi