Yuxarı
    Bağlamaq

    Universitetlərin kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının tətbiqi barədə əmr imzalanıb

    © Report/ Firi Salim — Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 5 fevral. REPORT.AZ/ “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tətbiqi barədə əmr imzalanıb. 

    “Report”un məlumatına görə, əmri təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov imzalayıb.

    Əmrə əsasən, Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı (əlavə olunur) rəhbərlik və icra üçün qəbul edilib.

    Ali təhsil müəssisələrinin rəhbərləri Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı işdə rəhbər tutmalı, “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın 1.12-ci bəndini nəzərə alaraq müvafiq vəzifələrin tutulması ilə bağlı elan olunmuş və əmr qüvvəyə minənə qədər proseduru başa çatmayan müsabiqələrin dayandırılmasını və bu Qaydalara uyğun həmin vəzifələrin tutulması ilə bağlı seçkilərin təşkil olunmasını təmin etməlidirlər. 

    Eyni zamanda Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmrinin 1-ci, 2-ci, 3-cü bəndləri və bu əmrlə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvədən düşmüş hesab edilib.

    İmzalandığı gündən qüvvəyə minən əmrin icrasına nəzarəti Ceyhun Bayramov özü edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi