UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşib

UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşib Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib.
Elm və təhsil
20 Aprel , 2019 10:40
UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşib

Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib.

"Report"un məlumatına görə, tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq, böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;

Eyni zamanda tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;

Yarımçıq ixtisarlar da aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.

Yeni qaydalara əsasən, ixtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.

Son xəbərlər

Orphus sistemi