Yuxarı

İqtisad Universitetində doktoranturaya qəbulun yeni qaydaları qüvvəyə minib

İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib. Bu barədə "Report"a universitetdən məlumat verilib. 

UNEC-in Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək.

Digər yeniliyə uyğun olaraq, İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq. Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq. Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır.

Eləcə də, növbəti tədris ili üzrə fəlsəfə foktoru və elmlər doktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, UNEC-də 2013-cü tədris ilində doktoranturaya sənəd verənlərin ümumi sayı 52 nəfər, 2014-cü ildə 63 nəfər olduğu halda 2015-ci ildə 104 nəfər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi