Yuxarı
    Bağlamaq

    UNEC-də dissertasiyaların keyfiyyətinin artırılması məqsədilə Ekspertiza Komissiyası yaradılıb

    Dissertasiyalar Komissiyanın müvafiq rəyindən sonra müzakirəyə göndəriləcək

    Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dissertasiyaların keyfiyyətinin yüksədilməsi və müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə Ekspertiza Komissiyası yaradılıb.

    Bu barədə "Report"a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, dissertasiyaların Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra ixtisaslar üzrə kafedralara müzakirə üçün göndərilməsi nəzərdə tutulur.

    Yeni qaydaların tətbiqində əsas məqsəd UNEC-də elm sahələri və ixtisaslar üzrə müdafiə edən doktorant və dissertantların elmi işlərinin kafedralarda ilkin ekspertizasına qədər keyfiyyətinin yüksədilməsinə dair rəy vermək, təkliflər hazırlamaq və müasir tələblərə uyğun olduğunu təmin etməkdən ibarətdir.

    UNEC-də elm sahələri və ixtisaslar üzrə təhsil alan doktorant və dissertantların dissertasiyalarının keyfiyyətinin yüksədilməsinə dair təkliflərin verilməsi, elmi dərəcə almaq üçün təqdim edilən dissertasiyaların tələblərə, tərtib qaydalarına, əsas nəticələrin dərc olunmasına dair elmi nəşrlərə, həmçinin müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi komissiyanın funksiyalarına daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi