UNEC brendinin təqdimat mərasimi keçirilib - FOTO

UNEC brendinin təqdimat mərasimi keçirilib - FOTO Ədalət Muradov: "Bu o demək deyil ki, İqtisad Universitetinin adı dəyişilir"
Elm və təhsil
15 Mart , 2016 13:14
UNEC brendinin təqdimat mərasimi keçirilib - FOTO

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində UNEC brendinin təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, universitetin rektoru Ədalət Muradov çıxışı zamanı deyib ki, brend təşkilatın imicidir. O bildirib ki, brend öz fərdiliyi ilə seçilən əmtəə, xidmət, təşkilatdır: "İqtisad Universiteti artıq brendini rəsmiləşdirib. Yanvarın 21-də rəsmi şəkildə brendimiz qeydiyyata alınıb. Lakin bu, o demək deyil ki, İqtisad Universitetinin adı dəyişilir. Yox, bu belə deyil. ADİU abbreviaturası olduğu kimi qalır, sadəcə universiteti brendləşdirməklə dünya təhsil xidmətləri bazarında rəqabətliliyi brend univesitet yaratmağı hədəfləyirik".

Daha sonra təhsil eksperti Əjdər Ağayev çıxış edərək qeyd edib ki, bu, müasir yanaşmadır: "Bu məsələ hər zaman aktual olub. Çünki brendləşmə universitetlərin xarakterinə görə obrazıdır".

Çıxışçılar məsələ ilə bağlı öz fikirlərini bölüşərək bu addımı yüksək qiymətləndiriblər. 

Son xəbərlər

Orphus sistemi