Yuxarı

Üç yapon tədqiqatçı Vallenberq mükafatının laureatı olub

Onlar Asiyada həmin mükafatı alan ilk alimlərdir.

Bakı. 30 sentyabr. REPORT.AZ/ Üç yapon tədqiqatçı oduncaqdan hazırladıqları yeni super möhkəm materiala görə İsveçin Vallenberq mükafatının laureatı olub.

Sentyabrın 28-də Stokholmda keçirilən mərasimdə yapon tədqiqatçılar - Tokio Universitetindən Akira İsoqay və Tsuquyuki Sayto, həmçinin Fransa Milli Elm Mərkəzindən Yoşiharu Nişiyama Markus Vallenberq mükafatına layiq görülüblər.

Onlar Asiyada həmin mükafatı alan ilk alimlərdir. Vallenberq mükafatı “Nobel Meşə Mükafatı” kimi də tanınır.

Həmin alimlər oduncaq materialından və düyü samanından nanofibrilləşmiş sellüloza liflərinin qənaətlə alınmasının üsulunu işləyib hazırlayıblar. Nanosellüloza dəmirdən beş dəfə möhkəm olmaqla yanaşı, həm də ondan beş dəfə yüngüldür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi