Yuxarı

Türkiyənin Yeni Yüzyıl Universiteti Jurnalistika fakültəsinin dekanı BDU-da olub

Aysel Aziz Medianın və yeni medianın toplumlara etkisi mövzusunda məruzə ilə çıxış edib

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin Yeni Yüzyıl Universiteti Jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Qlobal Karyera İnstitutunun və BDU-nun Jurnalistika fakültəsinin digər nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları gələcəkdə iki universitetin eyniadlı fakültələrinin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini qeyd ediblər. Qonaqlar Jurnalistika fakültəsinin tələləbələri ilə də görüşüb. Aysel Aziz "Medianın və yeni medianın toplumlara etkisi" mövzusunda məruzəylə çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi