Yuxarı

Türkiyə universitetlərində təhsil alan azərbaycanlılar Bakıda toplaşacaqlar

Türkiyə universitetlərində təhsil alan azərbaycanlılar Bakıda toplaşacaqlar
© Report

İstanbul. 12 noyabr. REPORT.AZ/ Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlılar noyabrın 14-də Bakıda toplaşacaqlar.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında ölkənin Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Komitəsinin sədri Abdullah Eren bildirib.

O qeyd edib ki, Türkiyədə indiyə qədər 125 min azərbaycanlı müxtəlif universitetlərdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsillərini tamamlayaraq Azərbaycana dönüb: “Bu tələbələr Azərbaycanının Türkiyədə könüllü elçiləridir. Onlar həm cəmiyyətlərinin inkişafını təmin edir, həm də Türkiyə ilə Azərbaycan arasında dostluq körpüləri qururlar. Rəhbərlik etdiyim qurum tərəfindən 2017-ci ildə başladılan Türkiyə Mezunları Proqramı çərçivəsində indiyə qədər 30 ölkədə, 36 fərqli şəhərdə 50 məzun görüşməsi reallaşdırılmışıq. Bu dəfə sıra Azərbaycandadır. Türkiyədə bu tələbələrin təqaüdlü olaraq təhsil almasına kömək edən və daimi onların yanında olan qurumumuz həmin tələbələr ilə onlar məzun olduqdan sonra da əlaqələri kəsmir. Bakıdakı toplantımız da bu məzmundadır. Proqrama, təxminən, min məzun tələbənin qatılmasını gözləyirik”. 

Son illərdə bölgədə əhəmiyyətli bir təhsil mərkəzi halına gələn Türkiyədə hazırda 17 min azərbaycanlı tələbənin təhsilini davam etdirdiyini deyən Abdullah Eren komitədə “Türkiyə təqaüdləri" proqramı daxilində bu tələbələrdən 5 mindən çoxuna təqaüd verildiyini bildirib.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi