Yuxarı
    Bağlamaq

    Turistlər İtaliyanın əsas fəvvarəsinə il ərzində 1,4 milyon avro pul atıblar

    Vəsaitin hamısı xeyriyyə cəmiyyətlərinə köçürüləcək

    Bakı. 13 aprel. REPORT.AZ/ Roma şəhərinin Trevi fəvvarəsində turistlər ora 2016-ci il ərzində pul atması nəticəsində 1,4 milyon avro yığılıb.

    "Report" xəbər verir ki, "La Repubblica" qəzeti yazıb.

    Ölkə hökuməti bütün vəsaitin xeyriyyə təşkilatlarına köçürüləcəyini bəyan edib. Vəsait yoxsullar üçün sığınacaqlar, aztəminatlılar üçün yeməkxanalara yönləndiriləcək.

    Fəvvaradə bir çox ölkələrin valyutaları aşkar olunub. Lakin turistlər daha çox ora dollar, avro və iena atıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi