Yuxarı

TQDK XI sinif şagirdlərinin buraxılış imtahanının qaydalarına edilmiş düzəlişlə bağlı rəsmi məlumat yayıb

3-cü fənn xarici dil olacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edib. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilir.

2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

TQDK həmçinin ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edəcək. Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi cari tədris ilində bitirən məzunların ali təhsil müəssisələrinin bir sıra ixtisasların, o cümlədən qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi