Yuxarı

TQDK XI sinif şagirdləri üçün monitorinq imtahanı keçirir

İmtahanlarda 35 mindən çox şagirdin iştirakı gözlənilir

Bakı. 13 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) XI siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahan aprelin 13, 14, 15-də Bakı və Sumqayıt şəhərlərində olacaq.

İmtahanlar Ana dili, riyaziyyat və fizika fənlərindən keçirilir.

Monitorinq imtahanlarının keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12 512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12 510, fizika fənnindən 260 məktəb üzrə 16 003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır.

Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) 18 və 19 aprel tarixlərində aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi