Yuxarı
    Bağlamaq

    TQDK V qrupu seçən abituriyentlərlə bağlı dəyişikliklər edib

    Həmin məzunlar başqa qruplara da sənəd verə biləcəklər

    Bakı. 4 may. REPORT.AZ/ "2015-ci ilin məzunları V qrupa buraxılış və qabiliyyət imtahanlarının nəticələri əsasında müsabiqəyə buraxılırlar. Beləliklə, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, onun V qrupa da ərizə vermək hüququ var. Təbii ki, bu məcburi deyil". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə DÖvlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları qeydiyyatdan keçməlidirlər ki, onlar imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etsinlər.

    M.Abbaszadə əlavə edib ki, əvvəlki ilin məzunları isə 3 fəndən -  Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər: "Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq, qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq. Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi