Yuxarı

TQDK V ixtisas qrupu və kolleclərə qabiliyyət imtahanının tarixini açıqlayıb

Müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 saylı buraxılışında tanış olmaq olar

Bakı. 12 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Komissiyadan "Report"a verilən məlumata görə, abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni qeyd olunan linkdən (https://eservices.tqdk.gov.az/brxvqab/?frm=egov) çap edib götürə bilərlər.

Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqini (vərəqədə hər istiqamət üzrə tələb olunan əlavə sənədlər qeyd olunub) gətirməlidirlər. 

V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə onlar üçün əlavə imkanlar yaradılır.

V ixtisas qrupuna və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, əvvəlki illərin məzunları üçün isə buraxılış imtahanı səviyyəsində iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən V ixtisas qrupuna aid olan ixtisasları üzrə qabiliyyət imtahanlarına buraxılan abituriyentlərin sayı aşağıdakı cədvəldə 2015-ci illə müqayisəli şəkildə təqdim olunur:

Ali təhsil müəssisələrinin ixtisasları üzrə

Şəhər və ya bölgə Müsabiqəyə buraxılanların sayı
2015 2016
Təsviri sənət
Bakı 624 2422
Bölgə 411 2057
Cəmi 1035 4479
Musiqi sənəti
Bakı 594 1069
Bölgə 355 844
Cəmi 949 1913
Memarlıq və dizayn
Bakı - 1810
Bölgə - 2162
Cəmi - 3972
Teatr, kinovə xoreoqrafiyasənətləri
Bakı 371 1580
Bölgə 47 702
Cəmi 418 2282
Bədən tərbiyəsi və idman
Bakı 3935 5971
Bölgə 2260 4019
Cəmi 6195 9990
Bütün istiqamətlər üzrə cəmi 8597 22636

QEYD: Abituriyentlərin sayı hesablanarkən 1 abituriyenteyni istiqamət daxilində həBakı şəhərində, hədə regionlarda yerləşəqabiliyyəimtahanı komissiyaları üzrə qeydiyyatdan keçibsə 2 dəfə sayılıb. Bundan əlavə, 1 abituriyent müxtəlif istiqamətlər üzrə qeydiyyatdan keçibsə, seçdiyi istiqamətlərin hamısında sayılıb.

Bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanmış abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb. Abituriyentlərə I-IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupuna da əlavə olaraq sənəd vermək üçün imkanın yaradılması qeydiyyatdan keçənlərin sayının artmasında ciddi rol oynayıb. Digər tərəfdən, ötən ildən fərqli olaraq bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunub və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün “qabiliyyət imtahanlarına qeydiyyat” sistemindən istifadə olunmuşdur, həmçinin abituriyentlərə istənilən sayda qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyə icazə verilib.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq arzusunda olan abituriyentlərdən isə 21679 nəfəri müsabiqədə iştirak hüququ qazanıb. Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil.

Ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 saylı buraxılışında tanış olmaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi