Yuxarı

TQDK Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib

TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Göstəriciləri üzrə Hədəf Qrupuna post-sovet məkanında aparıcı qiymətləndirmə qurumu kimi təmsil olunması üçün qəbul olunub. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Komissiyadan bildirilib ki, bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq: "Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanmasın və digər məsələlərin Komissiya TQDK tərəfindən icra olunması daxildir".

Qeyd edək ki, UNESCO-nun Statistika institutu və Brukinq institutunun (ABŞ) Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force (LMTF)) 2013-cü ildən fəaliyyət göstərir. Bu layihənin həyata keçirilməsində məqsəd qlobal inkişaf proqramında təhsilin mərkəzi rolunun təmin olunması, bütün dünyada uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi və təhsil nəticələrinin yaxşılaşdırılması üzrə vahid məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması üzərində araşdırmalar aparmaqdır. 

Təhsil Göstəriciləri üzrə Hədəf Qrupu təhsil və qiymətləndirmə sistemini gücləndirməklə və bu sahədə mövcud perspektivlərdən istifadə etməklə hər kəs üçün ədalətli təhsilə çatmaq məqsədi ilə hökumətlərin, təşkilatların və şəxslərin kollektiv səylərini əks etdirir. LMTF-in strukturu katiblik, kiçik məsləhət komitəsi, geniş təşkilatlar qrupu-üzvlər, həmçinin tərəfdaş təşkilatlar tərəfindən çağırılan müxtəlif işçi qruplarından ibarətdir. LMTF-in üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm olaraq təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi