Yuxarı

TQDK sədri hazırda AMEA-nın magistraturaya qəbul apara bilməyəcəyini açıqlayıb

İlk növbədə qanunvercilikdə müəyyən hüquqi dəyişikliklər aparılmalıdır

Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə qəbul aparmaq üçün ilk növbədə qanunvercilikdə müəyyən hüquqi dəyişikliklər aparılmalıdır”. “Report” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədrinin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulub ki, magistratura səviyyəsinə qəbulu yalnız təhsil müəssisələri apara bilər: “Elmi müəssisələrin magistraturası ilə bağlı “Təhsil haqqında" qanunda maddə yoxdur. Bu səbəbdən də mövcud dəyişikliklər olduqdan sonra təbii ki, qəbul aparılacaq. Qəbul tarixinə gəlincə bu, TQDK-dan asılı deyil”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi