Yuxarı
    Bağlamaq

    TQDK sədri Goranboyda vətəndaşları qəbul edəcək

    Qəbul sentyabrın 18-də Heydər Əliyev Mərkəzində baş tutacaq

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 18-də Goranboyda vətəndaşları qəbul edəcək. TQDK-dan "Report"a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş, Bərdə rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

    Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etməlidirlər.

    Bundan əlavə, Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon Təhsil Şöbələrində 9-17 sentyabr tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi