Yuxarı
    Bağlamaq

    TQDK sədri buraxılış imtahanında xarici dil fənnindən imtahan verəcək şagirdlərin sayını açıqlayıb

    XI sinif şagirdlərindən 941 nəfəri isə buraxılış imtahanında kimya fənnindən imtahan verəcək

    Bakı. 1 iyun. REPORT.AZ/ "Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanında xarici dil fənninin əvəzinə kimya fənnindən verəcəklər". "Report" xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu il buraxılış imtahanında iştirak edəcək XI sinif şagirdlərindən 73 068 nəfəri xarici dil kimi ingilis, 1 107 nəfər alman, 2 306 nəfər fransız, 27 nəfər ərəb, 11 039 nəfəri isə rus dilindən imtahan verəcək: "XI sinif şagirdlərindən 941 nəfəri isə təhsil aldıqları məktəbdə xarici dil fənni tədris olunmadığı üçün buraxılış imtahanında kimya fənnindən imtahan verəcək".

    M. Abbaszadə bildirib ki, hər bir XI sinif şagirdi TQDK-nın "Şagird-Məzun" Sisteminə daxil olaraq özü haqqında məlumatların düzgünlüyünü yoxlaya bilər: "Bu il buraxılış imtahanında iştirak edəcək 88 151 nəfər şagirddən yalnız 4 mini özü haqqında məlumatları yoxlayıb".

    Qeyd edək ki, bu ildən Azərbaycanda tətbiq edilən yeniliklərə əsasən, tam orta (11illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi