Yuxarı

TQDK rezidenturaya hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir

İmtahanda iştirak etmək istəyən namizədlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər

Bakı. 10 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyən namizədlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Sınaq imtahanının bu gündən etibarən həyata keçirilməsi nəzərdə tutulur. Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi