TQDK rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edib

TQDK rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edib Namizədlər şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən TQDK-ya müraciət edə bilərlər
Elm və təhsil
29 İyul , 2015 18:25
TQDK rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edib

Bakı. 29 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edir.

Komissiyadan "Report"a verilən məlumata görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmiş və müsabiqə şərtini ödəmiş namizədlər Azərbaycan Tibb Universiteti üzrə ftiziatriya, sosial gigiyena və səhiyyənin təşkili, epidemiologiya, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu üzrə terapiya, ftiziatriya, gigiyena, Respublika Gigiyena-Epidemioloji Mərkəz üzrə gigiyena, epidemiologiya, Mərkəzi Klinika üzrə fizioterapiya və tibbi bərpa, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası üzrə psixiatriya, İctimai Səhiyyə və İslahatlar Mərkəzi üzrə sosial gigiyena və səhiyyənin təşkili, MediClub klinikası üzrə sosial gigiyena və səhiyyənin təşkili, Naxçıvan Dövlət Universiteti üzrə anesteziologiya-reanimatologiya, otorinolarinqologiya, travmatologiya-ortopediya, gigiyena, epidemiologiya ixtisaslarını seçə bilərlər .

Müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 29-dan saat 15:30-dan 17:00-dək, avqustun 30-31-dən saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən TQDK-ya (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

* işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2015, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır.

2015/2016-cı tədris ilində rezidentura səviyyəsinə qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.

Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Son xəbərlər

Orphus sistemi