Yuxarı

TQDK orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib

Onlara yaşadıqları məntəqədə yerləşən səyyar ASAN xidmətə müraciət etməklə rahat şəkildə şəxsiyyət vəsiqəsi əldə etmək tövsiyə olunur

Bakı. 29 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib. TQDK-dan "Report"a verilən xəbərə görə, ümumtəhsil müəssisələrinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında və qəbul imtahanlarında iştirak etmək, həmçinin digər sənədləşmə işlərinin aparılması şagirdlərin şəxsiyyət vəsiqələrinin olmasını zəruri edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") buraxılış sinif şagirdlərinin rahat şəkildə, uzaq mərkəzlərə müraciət etmədən şəxsiyyət vəsiqəsi almalarını və vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməsini təmin etmək üçün yerlərdə səyyar "ASAN xidmət"lər həyata keçirəcək.

TQDK növbəti tədris ilində buraxılış sinfində təhsil alacaq şagirdlərə tövsiyə edir ki, şəxsiyyət vəsiqəsi əldə etmək üçün yaradılan bu imkandan yararlansınlar. Belə ki, onlar yaşadıqları məntəqədə yerləşən səyyar "ASAN xidmət"ə müraciət etməklə ən qısa zamanda rahat şəkildə şəxsiyyət vəsiqəsi əldə edə bilərlər.

Səyyar "ASAN xidmət" avtobuslarının hərəkət istiqamətlərinin cədvəli ilə tanış olmaq üçün bu linkdən istifadə edə bilərsiniz: 

http://tqdk.gov.az/news/general/1570/

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi