Yuxarı

TQDK-nın imtahanlarında "ASAN" könüllüləri nəzarətçi kimi iştirak edəcəklər

ASAN xidmət Bakı şəhərində 5 mərkəz üzrə ümumilikdə 259 könüllünün siyahısını Komissiyaya təqdim edib

Bakı. 27 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarında "ASAN" könüllüləri nəzarətçi kimi iştirak edəcəklər.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, prosesdə iştirak üçün "ASAN xidmət" Bakı şəhərində 5 mərkəz və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə mərkəzləri üzrə ümumilikdə 259 könüllünün siyahısını Komissiyaya təqdim edib. 

Məlumatlar elektron bazaya daxil edildikdən sonra növbəti mərhələlərdə könüllülərlə test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedür qaydaları ilə bağlı seminar-məşğələlərin keçirilməsi, onların sınaq imtahanlarına cəlb edilməsi nəzərdə tutulur. "ASAN" könüllülər bu mərhələləri keçdikdən sonra qəbul və buraxılış imtahanlarına da cəlb olunacaqlar.

Xatırladaq ki, yanvarın 30-da TQDK sədri (hazırda Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri) sədri Məleykə Abbaszadə ilə, “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində, keçirilən görüşdə “ASAN”xidmətin könüllülərinin TQDK-nın keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakına qərar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi