Yuxarı
    Bağlamaq

    TQDK magistraturaya qəbul imtahanının nəticələrini açıqlayıb

    İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub

    Bakı. 7 iyun. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

    TQDK-dan "Report"a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

    İyunun 5-də keçirilmiş imtahanda 8 618 bakalavr iştirak edib. 443 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

    Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi