Yuxarı

TQDK magistrantların proqram və ixtisaslaşma seçimi haqqında elan verib

“Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib

Bakı. 3 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Magistr” jurnalının 4-cü nömrəsi çapdan çıxıb.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan verilib. 

Bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi"ndә qəbul proqramlarının seçilməsi və təsdiqi üçün, eləcə də ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimatlar, qəbul proqramının seçimi üçün elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, “Magistr” jurnalının 3-cü sayında dərc edilən “İxtisaslaşma seçimi cədvəli”nə əlavə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2016/2017-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində verilib.

Qeyd edək ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı aşağıdakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi