TQDK kolleclərə qəbul olmaq istəyənlərə güzəşt edib

TQDK kolleclərə qəbul olmaq istəyənlərə güzəşt edib Bu ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb
Elm və təhsil
8 İyul , 2016 12:49
TQDK kolleclərə qəbul olmaq istəyənlərə güzəşt edib

Bakı. 8 iyul. REPORT.AZ/ Ümumi orta (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) “Report”a verilən xəbərə görə, abituriyentlər TQDK-nın internet saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik) üzrə 8‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaq.

Son xəbərlər

Orphus sistemi