Yuxarı

TQDK kolleclərə qəbul olan abituriyentlərə xəbərdarlıq edib

Göstərilən müddətdə qeydiyyatdan keçməyənlər qəbul olanlar siyahısından xaric ediləcək

Bakı. 23 iyul. REPORT.AZ/ Ümumi ( 9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gündən etibarən tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Abituriyent tələb olunan sənədlər barədə məlumatı daxil olduqları kollecdən əldə edə bilərlər. "Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək", - TQDK-nın məlumatında bildirilib.

Qeyd edək ki, qeydiyyat iyulun 31-nə kimi davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi