Yuxarı

TQDK Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının I mərhələsini keçirib

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib. “Report”un xəbərinə görə, imtahan 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi