Yuxarı
    Bağlamaq

    TQDK: Hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarına süni maneələr yaradılır

    Qəbul planında bu cür dəyişikliyin aparılması arzuolunmaz haldır

    Bakı. 11 fevral. REPORT.AZ/ "2013-cü illə müqayisədə 2014-cü ildə dövlət ali təhsil müəssisələrinin qəbul planı 4,13% (1251 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 0,85% (53 yer) - ümumilikdə 1 304 yer (3.57%) artıb. 2013-cü ildə isə qəbul planında 7,15% artım olub". "Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında məlumat yer alıb.

    Məlumata görə, plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2014-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 74,44% azalıb. Keçən il hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 13.87%-ni təşkil edib. "Planda bu cür dəyişikliyin aparılması arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur", - "Abituriyent" jurnalında qeyd olunub.

    Keçən il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 88,77%-i Azərbaycan, 11,23%-i isə rus bölməsinin abituriyentləri olub. Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 75,36, maksimum 89,26%-ni, rus bölməsinin abituriyentləri isə minimum 10,74, maksimum 24,64%-ni tuta bilərdilər. "Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq çox kiçikdir, bu isə daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarına süni maneələr yaradır", - jurnalda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi