Bakı. 29 iyul. REPORT.AZ/ Xarici ölkə universitetlərində, eləcə də Naxçıvan Dövlət Universitetində ali təhsilini başa çatdırmamış və bu təhsilin Azərbaycan Tibb Universitetində davam etdirilməsi ilə bağlı Azərbaycan
Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Azərbaycan Tibb Universitetinin tədris proqramına müvafiq olaraq I kursu bitirənlər üçün Normal anatomiya (I və II semestrin materialları əsasında), Tibbi biologiya və genetika, Biofiziki və bioüzvi kimya, II kursu bitirənlər üçün Normal anatomiya, Normal fiziologiya, Biokimya, III, IV və V kursu bitirənlər üçün Patoloji anatomiya və patoloji fiziologiya, Mikrobiologiya, Biokimya fənn blokunda 20, cəmi 60 test tapşırığının təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. 60 mümkün baldan ən azı 30 bal toplanması (fənlər üzrə ən azı 6 bal) məqbul hesab olunur.
Sənədləri Səhiyyə Nazirliyində qəbul olunmuş tələbələr yoxlama imtahanında iştirak etmək üçün avqustun 3-dən 6-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən TQDK-ya (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.