TQDK cəbhə bölgəsində səyyar Sənəd Qəbulu Komissiyaları yaradır

TQDK cəbhə bölgəsində səyyar Sənəd Qəbulu Komissiyaları yaradır Cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər
Elm və təhsil
7 Aprel , 2016 12:29
TQDK cəbhə bölgəsində səyyar Sənəd Qəbulu Komissiyaları yaradır

Bakı. 7 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları yaradır. TQDK-dan "Report"a verilən məlumata görə, məqsəd adıçəkilən rayonların ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiq etmələrini təmin etməkdir. 

Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.

Rayonun adı Tarix Saat Ünvan
Füzuli 11-15 aprel 10:00-17:00 Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr.
Tərtər 11-15 aprel 10:00-17:00 Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2
Goranboy 11-15 aprel 10:00-17:00 Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2

Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.  

Son xəbərlər

Orphus sistemi