​TQDK bölgələr üzrə buraxılış imtahanlarının qrafikini açıqlayıb - SİYAHI

​TQDK bölgələr üzrə buraxılış imtahanlarının qrafikini açıqlayıb - SİYAHI Bakıda imtahanlar iyunun 26-da keçiriləcək
Elm və təhsil
17 May , 2016 12:42
​TQDK bölgələr üzrə buraxılış imtahanlarının qrafikini açıqlayıb - SİYAHI

Bakı. 17 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə qrafikini müyyənləşdirib.

"Report"un TQDK-ya istinadən məlumatına görə, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) aşağıdakı qrafikə uyğun verəcəklər. 

Tarix Şəhər (rayon)
16.06.2016 Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən
21.06.2016 Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron
Heydər Əliyev adına Hərbi Lisey, C.Naxçıvanski adına Hərbi Lisey
25.06.2016 Bakı
30.06.2016 Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan
05.07.2016 Əvvəlki illərin məzunları və eksternat

Son xəbərlər

Orphus sistemi