Yuxarı

TQDK Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərə xəbərdarlıq edib

Abituriyentlər avqustun 15-17-də Dini-Psixoloji Komissiyaya müraciət edə bilərlər

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı İslam Universitetinin (BİU) ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.

Universitetə qəbul olmaq istəyənlər avqustun 15-17-də saat 09.00-dan 13.00-dək Dini-Psixoloji Komissiyaya müraciət edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) “Report”a verilən məlumata görə, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilən dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi