Yuxarı

TQDK aprelin 12-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 12-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 376 abituriyentdən 2 551 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib. TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45 816 abituriyentin imtahan nəticələri yerləşdirilib.

Xatırladaq ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi