Yuxarı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elan edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib

Bakı. 5 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.

TQDK-dan "Report"a verilən məlumata görə, “Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

“Magistr” jurnalının 6-cı nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda və Azərbaycan dilində dərc edilib.

Qeyd edək ki, magistraturaların boş qalan yerlərinə ixtisas seçimi avqustun 8-14-də aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi