TQDK: 8-ci sinif "Azərbaycan dili"nin maketi tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinə göndərilib

TQDK: 8-ci sinif "Azərbaycan dili"nin maketi tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinə göndərilib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqlama yayıb
Elm və təhsil
1 Oktyabr , 2015 17:22
TQDK: 8-ci sinif Azərbaycan dilinin maketi tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinə göndərilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son günlər əsas müzakirə mövzusu olan 8-ci sinif "Azərbaycan dili" dərsliyi barədə açıqlama yayıb. 

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanıb və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili" dərslik komplektinin nəşrə qədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub: "2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları" əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait"in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək rəy hazırlanıb. Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib".

Son xəbərlər

Orphus sistemi