Tibb Universitetində dərs saatları dəyişdirilib

Tibb Universitetində dərs saatları dəyişdirilib Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının iclası keçirilib, bir sıra qərarlar alınıb.
Elm və təhsil
28 İyun , 2019 17:12
Tibb Universitetində dərs saatları dəyişdirilib

Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının iclası keçirilib, bir sıra qərarlar alınıb.

Universitetdən "Report"a verilən məlumata görə, rektorun tələbələrlə görüşü zamanı çox səslənən təkliflərdən biri həllini tapıb. 

Belə ki, Elmi Şuranın qərarına əsasən, universitetdə dərslərin saatları dəyişdirilib. Bundan sonra I dərs saat 08:30-10:00 arasında, 15 dəqiqə fasilədən sonra II dərs saatı 11:15-11:45 arasında olacaq. 45 dəqiqə fasilədən sonra III dərs saat 12:30-14:00 arasında və 15 dəqiqəlik fasilədən sonra sonuncu IV dərs 14:15-15:45 arasında olacaq.

Bundan əlavə, 2019/2020-ci tədris ili üçün tədris işçi planına dəyişiklik edilib. I kurs tələbələri üçün kredit sayı azaldılıb, iki semestrdə tədris olunan fənlər birləşdirilərək bir semestrdə tədris olunması qərara alınıb. Qərara əsasən, I kurs tələbələri üçün fənlər fakültələr üzrə növbəli tədris olunacaq. Növbəti tədris ilində universitetin ayrı-ayrı fakültə və kurslarında tədris yeni iş rejimində aparılacaq.

2019/2020-ci tədris ilindən etibarən rektorun qəbul prosesində dəyişiklər olacaq. Belə ki, növbəti tədris ilində rektorun qəbul günləri bazar ertəsi və cüməaxşamı günləri saat 15:00 - 17:00 arasında həyata keçiriləcək. Qəbul yalnız və yalnız öncədən qeydiyyat aparılmaqla keçiriləcək. Qəbula müəllimlər, tələbələr və vətəndaşlar yazıla bilərlər. Öncədən qeydiyyatdan keçməyən şəxslər qəbula buraxılmayacaq.

Elmi Şuranın qərarına əsasən, Fizika və informatika kafedrasının adı dəyişdirilərək “Tibbi və bioloji fizika” kafedrası adlandırılması, Ftiziatriya kafedrasının adı dəyişdirilərək, “Ağciyər xəstəlikləri” adlandırılması qərarı verilib.

Son xəbərlər

Orphus sistemi