Terminologiya Komissiyası: Mütəxəssislər ədəbi dilə xələl gətirə biləcək yad ünsürlərin qarşısının alınmasında çeviklik göstərə bilmirlər

Terminologiya Komissiyası: Mütəxəssislər ədəbi dilə xələl gətirə biləcək yad ünsürlərin qarşısının alınmasında çeviklik göstərə bilmirlər Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir
Elm və təhsil
7 Noyabr , 2018 05:56
Terminologiya Komissiyası: Mütəxəssislər ədəbi dilə xələl gətirə biləcək yad ünsürlərin qarşısının alınmasında çeviklik göstərə bilmirlər

Bakı. 7 noyabr. REPORT.AZ/ "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində dilə gətirib.

O bildirib ki, terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir:

"Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində mühüm missiya daşıyır".

Bundan əvvəl Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev insanları daha çox aparıcıların efirdə Azərbaycan dili normalarını kobud surətdə pozmasının narahat etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi