Yuxarı
    Bağlamaq

    Terminologiya Komissiyası: İrad və tənqidləri nəzərdən keçiririk

    Bunlar, sadəcə, bir layihədir, ictimai müzakirə üçün verilmiş təkliflərdir
    © Report.az

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova dünən mətbuatda bəzi alınma sözlərin qarşılığı kimi verilən sözlərlə bağlı müzakirələrə münasibət bildirib. 

    S.Sadıqova "Report"a açıqlamasında deyib ki, ana dilində işlənməsi zəruri olan bir neçə alınma sözün qarşılığını bildirən layihə ilə bağlı müzakirələrin geniş rezonans doğurması, təklif və iradların olması təbiidir: "İlkin fikirlər, sosial şəbəkələrdəki müzakirələr göstərir ki, təklif olunan sözlərin bəziləri birmənalı qarşılanmır".

    O, müzakirələrdə iştirak edən hər kəsə təşəkkür edib və bildirib ki, deyilmiş əsaslı irad və tənqidlər Azərbaycan Terminologiya Komissiyasında nəzərdən keçirilir: "Bununla yanaşı, mən ictimaiyyətin, o cümlədən hörmətli media nümayəndələrinin nəzərinə çatdırıram ki, “zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi sözlər təklif kimi təqdim edilib. Bunlar, sadəcə, bir layihədir, ictimai müzakirə üçün verilmiş təkliflərdir. Məqsədimiz göstərilən alınma sözlərin Azərbaycan dilində ən düzgün variantını tapmaqdır. Ona görə də biz, ilk növbədə, sahə mütəxəssislərini, dilçi alimləri, jurnalistləri, dilə həssas yanaşan yaradıcı insanları və hər kəsi bu müzakirələrdə fəal iştirak etməyə çağırırıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi