Yuxarı
    Bağlamaq

    ​Tərcümə Mərkəzinin elektron mütaliə portalının rus dili versiyası fəaliyyətə başlayır

    Məqsəd ölkənin rusdilli oxucu kütləsinə pulsuz mütaliə şəraiti yaratmaqdır

    Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elektron mütaliə portalının "Açıq kitab"ın rus dili versiyası fəaliyyətə başlayır.

    Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

    Kitabxananın rus dili versiyasının yaradılmasında məqsəd ölkənin rusdilli oxucu kütləsinə pulsuz mütaliə şəraiti yaratmaq, kitabxananın zəngin arxivindən istifadə imkanı verməkdir.

    Qeyd edək ki, “Açıq kitab” elektron kitabxanasında dünya və milli ədəbiyyat nümunələri ilə yanaşı, Tərcümə Mərkəzinin 1989-cu ildən tərcümə və nəşr etdiyi ədəbiyyatların siyahısı, eləcə də, “Xəzər” dünya ədəbiyyatı jurnalı, “Aydın Yol” qəzeti və digər yüzlərlə bədii ədəbiyyat nümunələri, ədəbi jurnalların arxivi, lüğətlər, ensiklopediyalar və müxtəlif sahələrə dair digər ədəbiyyatlar yer alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi