Teledərslərin martın son gününə olan cədvəli açıqlandı

Teledərslərin martın son gününə olan cədvəli açıqlandı Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mart ayının son gününə olan cədvəli açıqlanıb.
Elm və təhsil
30 Mart , 2020 12:14
Teledərslərin martın son gününə olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mart ayının son gününə olan cədvəli açıqlanıb.

“Report” xəbər verir ki, martın 31-i üçün Azərbaycan bölməsi üçün saat 10:00-da Fiziki tərbiyə, saat 10:10-da VIII sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 10:45-də VII sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:35-də IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət, saat 12:15-də III sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət, saat 12:55-də II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:20-də I siniflərə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri nümayiş olunacaq.

Rus bölməsi üzrə isə saat 14:00-da I sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:20-də VII sinif üzrə Rus dili, Riyaziyyat, Fizika, saat 15:05-də IX siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi