Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb Nəticələr sentyabr ayında elan olunacaq
Elm və təhsil
23 Avqust , 2017 14:53
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Bakı. 23 avqust. REPORT.AZ/ Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 17-dən transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3650 nəfər olub. Onlardan 1100 nəfəri öz sorğusunu təsdiq edib.

Tələbələr tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr sentyabr ayında elan olunacaq.

Ötən ildən etibarən Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə fəaliyyəti çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi